"İmişli" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportliqa.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Premyer Liqa təmsilçisi Nazim Hüseynovu sıralarına qatıb. 18 yaşlı oyunçu ilə 2 il 6 aylıq müqavilə imzalanıb.
Bildirilib ki, Nazim Hüseynov əsasən 10 nömrə mövqeyində, eyni zamanda sol cinah hücumçusu kimi çıxış edir. Yaradıcı oyun üslubu, texnikası və meydanda qərarvermə bacarığı ilə seçilən futbolçu hücum xəttində komandaya əlavə imkanlar qazandırmağı hədəfləyir.
Gənc futbolçu ölkə futbolunun aparıcı akademiyalarında formalaşıb. Nazim son olaraq “Qəbələ”nin formasını geyinib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az