"İmişli" gənc hücumçunu heyətinə cəlb edib
04 Fevral 2026 13:37
"İmişli" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportliqa.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Premyer Liqa təmsilçisi Nazim Hüseynovu sıralarına qatıb. 18 yaşlı oyunçu ilə 2 il 6 aylıq müqavilə imzalanıb.
Gənc futbolçu ölkə futbolunun aparıcı akademiyalarında formalaşıb. Nazim son olaraq "Qəbələ"nin formasını geyinib.
Xatırladaq ki, "İmişli" bunadək Dioqo Kardozunu transfer edib.