Türkiyənin "Ankaragücü" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportliqa.az xəbər verir ki, Super Liqa təmsilçisini Emre Belözoğlu çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bu gün 43 yaşlı mütəxəssis üçün imza mərasimi təşkil olunacaq.
Qeyd edək ki, Emre Belözoğlunun son iş yeri "Başakşehir" olub. O, "Ankaragücü"nün baş məşqçisi postunda Tolunay Kafkası əvəz edib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az