"Tottenhem"in kapitanı Kristian Romero karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportliqa.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.
Argentinalı dünya çempionu İngiltərə klubunda xoşbəxt deyil. 27 yaşlı mərkəz müdafiəçisi mövsümün sonunda London təmsilçisindən ayrılmaq istəyir.
"Atletiko" bu durumdan yararlanmağa çalışır. Madrid klubu yaxın vaxtlarda təcrübəli futbolçu ilə danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, Kristian Romero bu mövsüm "Tottenhem"in heyətində keçirdiyi 27 oyunda 6 qol vurub, 4 qol ötürməsi edib. Onun klubla müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az