"Qarabağ" Çempionlar Liqasının iştirak siyahısında dəyişiklik etdi
06 Fevral 2026 12:40
"Qarabağ" UEFA Çempionlar Liqası üçün iştirak ərizəsində dəyişiklik edib.
Sportliqa.az xəbər verir ki, Kris Kuakunun adı siyahıdan çıxarılıb.
Yarımmüdafiəçinin əvəzinə Kadi Borgesin adı əlavə edilib.
"Atlılar"ın yeni transferi Jeremi Qnali pley-off mərhələsi üçün heyətə salınmayıb.
Xatırladaq ki, təmsilçimiz bu raundda İngiltərənin "Nyukasl" klubu ilə qarşılaşacaq. Görüşlər fevralın 18-i və 24-də baş tutacaq.