PSJ ulduzu Xviça Kvaratsxeliya Çempionlar Liqasının 8-ci turunun "Nyukasl"la oyununda aldığı zədədən sonra sağalıb.
Sportliqa.az xəbər verir ki, gürcüstanlı oyunçuya sağ topuğunun burxulması diaqnozu qoyulmuşdu.
Kvaratsxeliya artıq komanda ilə məşqlərə qayıdıb və fevralın 8-də "Marsel" ilə keçiriləcək Liqa 1-in 21-ci tur matçı üçün heyətə daxil edilə bilər.
Qeyd edək ki, bu mövsüm Kvaratsxeliya bütün yarışlarda 27 oyun keçirib, 7 qol vurub və 6 məhsuldar ötürmə edib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az