"Qarabağ"ın sabiq qapıçısı Yunanıstanda klubunu dəyişdi
09 Fevral 2026 11:15
"Qarabağ"ın sabiq qapıçısı Luka Quqeşaşvili Yunanıstanda klubunu dəyişib.
Sportliqa.az xəbər verir ki, PAOK gürcüstanlı qolkiperi "Atromitos"a icarəyə verib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı "əlcək sahibi" mövsümün sonunadək Super Liqa təmsilçisinin formasını geyinəcək.
Qeyd edək ki, Luka Quqeşaşvili 2022-ci ilin yanvarından 2024-cü ilin yayınadək "Qarabağ"da çıxış edib