Harri Keyn Səudiyyə Ərəbistanı klublarının hədəfində
"Bavariya"nın hücumçusu Harri Keyn Səudiyyə Ərəbistanı klublarının maraq dairəsinə düşüb.
Sportliqa.az xəbər verir ki, bu barədə "Kicker" məlumat yayıb.
Bildirilir ki, potensial işəgötürənlər arasında "Əl-Əhli" və "Əl-İttihad" da daxil olmaqla, Səudiyyə Ərəbistanının aparıcı klubları da var.
Alman klubunun rəhbərliyi hücumçunu saxlamaqda qərarlıdır, lakin onun müqaviləsindəki 70 milyon avroluq sərbəst qalma bəndi qüvvəyə minməzdən əvvəl rəhbərliyə getmək niyyəti barədə rəsmi olaraq məlumat verməyə imkan verir.
Qeyd edək ki, bu mövsüm Keyn Müngen klubunda bütün yarışlarda 35 oyunda 38 qol vurub. Onun klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. "Transfermarkt"da futbolçunun dəyəri 65 milyon avrodur.