Abdullah Zubir: “Hədəfimiz çempion olmaqdır və sona qədər mübarizə aparacağıq“ - MÜSAHİBƏ
"Qarabağ"ın sol cinah vingeri Abdullah Zubir Misli Premyer Liqasının 19-cu turu çərçivəsində bu gün səfərdə "Şamaxı"ya qalib gəldikləri oyundan (2:1) sonra Sportliqa.az-ın suallarını cavablandırıb.
– Oyun barədə təəssüratların nələrdir?
– Gördüyünüz kimi, çox çətin oyun oldu. Meydandakı şərait yaxşı futbol oynamağa imkan vermirdi. Amma bu şərtlər həm bizim, həm də "Şamaxı" üçün eyni idi. Onlar da qol vurdu, biz də. Oyun çox dramatik alındı, çünki sona qədər təzyiq göstərirdik və Kamilo Duran oyunun son dəqiqəsində qələbə qolunu vurdu. Buna görə də üç xal qazandığımıza görə çox xoşbəxtik.
– Duman, yoxsa qar?
– Açığı, biz həmişə daha yaxşı şəraitdə oynamağı üstün tutarıq, amma bu futboldur, şərtləri seçmək olmur. Məncə, hər ikisi eynidir.
– Sizinlə "Sabah" arasında dörd xal fərq var. Premyer Liqanın qalan hissəsi barədə nə deyə bilərsiniz?
– Bu, rəqabətdir. Bizim hədəfimiz çempion olmaqdır və sona qədər mübarizə aparacağıq. Hazırda onlar öndədirlər, problem deyil. Biz öz oyunlarımıza fokuslanmışıq və titul qazanmaq üçün əlimizdən gələni edəcəyik.
– Növbəti oyununuz "İmişli"yə qarşı olacaq. Oyunun hansı meydanda olacağı hələ dəqiqləşməyib, Qubada və ya "Qarabağ"ın stadionunda ola bilər. Bu barədə nə deyə bilərsiniz və harada oynamağı üstün tutardınız?
– Açığı, bilmirəm. Biz bu gün olduğu kimi hər vəziyyətə uyğunlaşmalıyıq. Harada olsa, oynayacağıq – evdə də, səfərdə də. Fərqi yoxdur.
Murad Ağazadə