Bu gün Mislii Premyer Liqasında 19-cu tura yekun vurulub.
Sportliqa.az xəbər verir ki, 3-cü oyun gününə 2 matç nəzərdə tutulub.
Əvvəlcə son çempion "Qarabağ" səfərdə "Şamaxı" ilə qarşılaşıb. Oyunun başlanma saatı saat 14:30-a nəzərdə tutulsa da, qar səbəbindən qarşılaşma 20 dəqiqə gec - saat 14:50-da start götürüb. Qarşılaşma "Qarabağ"ın əzmkar qələbəsi ilə başa çatıb - 2:1. Ağdam təmsilçisi qələbə qolunu 90+4-cü dəqiqədə vurub.
Digər qarşılaşmada isə "Neftçi" "Qəbələ"ni qəbul edib. Matç "ağ-qaralar"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
10 fevral
19:00. "Neftçi" – "Qəbələ" - 1:0
Qol: Emin Mahmudov, 12
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Əkbər Əhmədov