"Real"a keçmək üçün "Borussiya"dan ayrılmağa razıdır
"Borussiya"nın və Almaniya milli komandasının müdafiəçisi Niko Şlotterbek bildirib ki, "Dortmund klubundan ayrılmağa hazır olduğu yeganə klub "Real"dır.
Sportliqa.az xəbər verir ki, bu barədə BILD nəşri məlumat yayıb.
Oyunçunun transferi 40-50 milyon avro dəyərində qiymətləndirilir. Madrid klubu müdafiəçi ilə fəal şəkildə maraqlanır.
Şlotterbek alman klubu ilə 2027-ci ildə başa çatacaq hazırkı müqaviləsini uzatmağı planlaşdırmır. Daha əvvəl "Borussiya"nın oyunçuya maaşının üç dəfədən çox artırılmasını - 2,5 milyon avrodan 8 milyon avroya qədər təklif etdiyi bildirilirdi.
Buna baxmayaraq, müdafiəçi karyerasını davam etdirmək üçün digər variantları nəzərdən keçirir. Onunla "Bavariya", "Real" və "Barselona" kimi klublar maraqlanır.
Qeyd edək ki, Şlotterbek bu mövsüm "Borussiya "da bütün turnirlərdə 26 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib. "Transfermarkt" onun transfer dəyərini 55 milyon avro olaraq qiymətləndirir.