Mbappe: "Bu futbolçu Çempionlar Liqasından kənarlaşdırılmalıdır"
UEFA Çempionlar Liqası pley-off mərhələsinin "Benfika" ilə "Real" arasında keçirilən ilk matçında qalmaqal yaşanıb.
Sportliqa.az xəbər verir ki, Madrid təmsilçisinin futbolçuları rəqib oyunçu Canluka Prestianninin Vinisius Juniora qarşı irqçilik etdiyini iddia edir.
"Kral klubu"nun hücumçusu Kilian Mbappe qarşılaşmadan sonra açıqlama verib. Frsanlı forvard Prestianninin turnirdən kənarlaşdırılmalı olduğunu deyib:
"İrqçi Canluka Prestianni Çempionlar Liqasından kənarlaşdırılmalıdır. Belə birinin Avropanın ən böyük turnirində oynamasına necə icazə verə bilərik? Vinisiusun yanına getdim və o anda nə etmək istədiyini soruşdum. O, meydanı tərk etmək istədiyini dedi. Nə istəsə, biz də edərik. Biz onun arxasındayıq".
Qeyd edək ki, "Benfika" - "Real" qarşılaşması qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.