Spaletti: "Üç addım geri getdik"
"Yuventus" UEFA Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Qalatasaray"a 2:5 hesabı ilə uduzub.
Sportliqa.az xəbər verir ki, Turin təmsilçisinin baş məşqçisi Luçano Spaletti qarşılaşmadan sonra açıqlama verib. İtaliyalı mütəxəssis məğlubiyyətdə günahının olduğunu deyib:
“Birinci hissəni pis başa vurduq. Oyunu yenidən nizama salmaq istədik, amma xarakter baxımından gerilədik. Bir yox, üç addım geri getdik. Andrea Kambiaso ikinci sarı vərəqə vərəqə alma riski ilə üzləşdi. Əgər oyunçu artıq vərəqə alıbsa, belə halları düzgün idarə etmək lazımdır. Daha sonra Xuan Kabal ikinci sarı vərəqəni aldı. Bu bizi çətin vəziyyətə saldı. Təhlükənin fərqinə vara bilmədik, bunda bizim də günahımız var”.
Qeyd edək ki, cavab görüşü fevralın 24-dən 25-də keçən gecə İtaliyada baş tutacaq.