Nəriman Axundzadəni transfer edən "Kolambus Kryu" heyətinə daha bir futbolçu cəlb edib.
Sportliqa.az xəbər verir ki, MLS təmsilçisi "Lill"dən Andre Qomeşi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Kolambus Kryu" portuqaliyalı yarımmüdafiəçi üçün Fransa klubuna təzminat ödəməyib. 32 yaşlı oyunçu ilə 1,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Andre Qomeş "Benfika", "Valensiya", "Barselona", "Everton" kimi klublarda çıxış edir. Təcrübəli futbolçu Portuqaliya millisinin heyətində 29 oyun keçirib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az