"Milan"ı "Liverpul"a dəyişəcək
"Liverpul"un müdafiəsində yay "transfer pəncərəsi"ndə dəyişikliklər ola bilər.
Sportliqa.az xəbər verir ki, bu barədə məlumatı "Sports Boom" paylaşıb.
Bildirilir ki, ingilis klubu "Milan"ın mərkəz müdafiəçisi Fikayo Tomori ilə maraqlanırlar. "Liverpul" "Çelsi"nin 28 yaşlı sabiq oyunçusunu müqaviləsi 2026-cı ilin yayında başa çatacaq İbrahima Konatenin əvəzedicisi kimi görür.
Tomorinin özü də İngiltərə Premyer Liqasına qayıtmağı ciddi şəkildə düşünür. Onun əsas motivasiyası İngiltərə millisinin məşqçilər heyəti tərəfindən görülmək istəyidir, çünki Premyer Liqada müntəzəm praktika onun milli komandaya çağırılma şansını xeyli artırır.
Qeyd edək ki, Fikayo 2021-ci ilin yayından bəri "Milan"da oynayır. Bu mövsüm o, ümumilikdə 26 oyunda iştirak edib və 3 məhsuldar ötürmə edib.
İngilis futbolçunun "Milan"la hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. "Transfermarkt" futbolçunun dəyərini 20 milyon avro olaraq qiymətləndirir.