Azarkeşlər fitə basdı, komandadan ayrıldı
"Vasko da Qama"nın 33 yaşlı yarımmüdafiəçi Filippe Koutinyo klub ilə müqaviləsini erkən ləğv edib.
Sportliqa.az xəbər verir ki, bu barədə məlumatı Braziliya klubunun mətbuat xidməti paylaşıb.
Bildirilir ki, müqavilənin ləğvi barədə təşəbbüsü futbolçunun özü irəli sürüb. Qərar, yarımmüdafiəçinin tribunalar tərəfindən fitə basıldığı son oyundan sonra verilib. Fasilədə əvəzləndikdən sonra Koutinyo ehtiyat oyunçular skamyasına qayıtmayıb və daha sonra sosial mediada vida bəyanatı yayımlayıb.
Qeyd edək ki, Koutinyo bu mövsüm Braziliya klubunda 7 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.