UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Nyukasl” (İngiltərə) – “Qarabağ” oyunu üçün hakim təyinatları açıqlanıb.
Sportliqa.az xəbər verir ki, matç italiyalı tanınmış hakim Davide Massaya tapşırılıb.
Ona yan xətdə həmyerliləri Filippo Meli və Stefano Alassio kömək edəcəklər. Dördüncü hakim funksiyasını Luka Paireto yerinə yetirəcək. VAR-da Daniele Kiffi, AVAR-da isə Kristian Dingert (Almaniya) çalışacaq.
Qeyd edək ki, “Nyukasl” – “Qarabağ” oyunu Mərkəzi Avropa vaxtı ilə fevralın 24-ü, saat 21:00-da, Bakı vaxtı ilə fevralın 25-i, saat 00:00-da start götürəcək. Komandaların Bakıda keçirilən ilk oyununda "Nyukasl" 6:1 hesabı ilə qalib gəlib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az