Qadın güləşində milli komandaların tərkibi yenidən formalaşıb.
Sportliqa.az xəbər verir ki, Mariya Stadnik U17 və U15 yaş qrupu üzrə milli komandanın böyük məşqçisi vəzifəsinə təyin edilib. Məşqçilər heyətində Rövşən Umudov və Solmaz Adilova da yer alıb.
Qeyd edək ki, Toğrul Əsgərov əvvəlki kimi, böyüklər və U23 milli komandada, o cümlədən U20 yaş qrupu üzrə baş məşqçi əvəzi funksiyasını yerinə yetirəcək. Böyük məşqçi Ağahüseyn Mustafayevlə yanaşı, məşqçi Həsrət Məmmədyarov da bu komandanın məşqçilər heyətində yer alacaq.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az