UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilir.
Sportliqa.az xəbər verir ki, bu gün "Qarabağ" səfərdə "Nyukasl"ın qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilən ilk oyun İngiltərə təmsilçisinin 6:1 hesablı qələbəsi ilə başa çatıb.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi
Cavab oyunu
24 fevral
“Nyukasl” (İngiltərə) - “Qarabağ” (Azərbaycan)
“Sent Ceyms Park” stadionu. Saat 00:00 Baş hakim: Davide Massa Baş hakimin köməkçiləri: Filippo Meli, Stefano Alassio Dördüncü hakim: Luka Pairetto
(Hamısı İtaliya) VAR: Daniele Kiffi (İtaliya) AVAR: Kristian Dingert (Almaniya)