Mərakeş milli komandasının baş məşqçisi Valid Reqraqi postunu tərk edib.
Sportliqa.az xəbər verir ki, bu barədə "RMC Sport" nəşri məlumat yayıb.
50 yaşlı mütəxəssis istefa ərizəsini federasiyaya təqdim edib. Mərakeşli çalışdırıcı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Valid Reqraqi 2022-ci ilin yayından Mərakeş yığmasını çalışdırır. Komanda onun rəhbərliyi altında yayda keçiriləcək dünya çempionatına vəsiqə qazanıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az