"Milan"ın baş məşqçisi Massimiliano Alleqri cari mövsümün sonunda klubdan ayrılmağı düşünür.
Sportliqa.az xəbər verir ki, bu barədə "Goal.com" məlumat yayıb.
Bildirilir ki, məşqçi klubdakı vəziyyətdən, o cümlədən transfer siyasətindən və rəhbərlik daxilindəki xaosdan getdikcə daha çox narazı qalır. Onun "Milan"ın menecerləri Corco Furlani və Zlatan İbrahimoviçlə münasibətləri son aylarda xeyli pisləşib.
Buna baxmayaraq, Alleqri cari mövsümün sonuna qədər baş məşqçi vəzifəsində qalmaq və rəhbərliyin Çempionlar Liqasına vəsiqə qazanmaq məqsədinə çatmaq niyyətindədir.
Qeyd edək ki, 58 yaşlı italyan mütəxəssis 2025-ci ilin may ayının sonundan "Milan"a rəhbərlik edir. Alleqrinin komandası hazırda A Seriyası turnir cədvəlində lider "İnter"dən 10 xal geridə qalaraq ikinci yerdədir.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az