Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə “Strandja” beynəlxalq turnirində daha bir medalı rəsmiləşdirib.
Sportliqa.az xəbər verir ki, Bilalhəbaşi Nəzərov (50 kq) fəxri kürsüyə yüksəlib.
O, yarışı gümüş medalla başa vurub. Beləliklə, milli turniri 2 mükafatla bitirib.
Boksçularımızdan daha öncə Malik Həsənov (65 kq) üçüncü yeri tutub.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az