"Yuventus" qapıçısını satmaq istəyir
"Yuventus"un qapıçısı Mişel Di Qriqorio yayda klubunu dəyişə bilər.
Sportliqa.az xəbər verir ki, Turin təmsilçisi italiyalı qolkiperi satmağı planlaşdırır. Bu barədə "Tutto Mercato" nəşri məlumat yayıb.
"Ağ-qaralar" Di Qreqorioya 10 milyon avro qiymət qoyub. "Fiorentina", "Atalanta", "Komo" və "Bolonya" 28 yaşlı "əlcək sahibi" ilə maraqlanır.
Qeyd edək ki, Mişel Di Qreqorio bu mövsüm "Yuventus"un heyətində 30 oyunda meydana çıxıb və qapısında 33 qol görüb.