İtaliya A seriyasında fevral ayının ən yaxşı məşqçisi açıqlanıb.
Sportliqa.az xəbər verir ki, bu barədə məlumatı qurumun mətbuat xidməti paylaşıb.
Bildirilir ki, ötən ayın ən yaxşısı "Atalanta"nın baş məşqçisi Raffaele Palladino olub. Onun komandası fevral ayında 4 oyunda 3 qələbə qazanıb. "Atalanta" "Kremoneze"yə (2:1), "Latsio"ya (2:0) və "Napoli"yə (2:1) qalib gəlib, "Komo" ilə heç-heçə edib (0:0).
Qeyd edək ki, 27 turdan sonra "Atalanta" 45 xalla turnir cədvəlində 7-ci sırada qərarlaşıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az