Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün dünya çempionatının seçmə mərhələsində ikinci oyununu keçirib.
Sportliqa.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan millimiz Macarıstan yığması ilə qarşılaşıb.
Felksut şəhərindəki "Panço Arena"da təşkil olunan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, millimiz ilk turda Bakıda Şimali Makedoniya yığması üzərində 2:0 hesablı qələbə qazanıb. Komandamız növbəti oyununu aprelin 14-də səfərdə Andorra seçməsinə qarşı keçirəcək.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az