"Neftçi" "Turan Tovuz"a uduzdu, Zirədə bərabərlik
- YENİLƏNİB
Misli Premyer Liqasında 23-cü turun oyunları davam edir.
Sportliqa.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutub.
Günün ilk qarşılaşmasında "Zirə" Kəpəz"i qəbul edib. Qarşılaşmanın son dəqiqələrinə qədər qonaqlar hesabda öndə olsa da, "Zirə" son dəqiqə qolu ilə hesabı bərabərləşdirib. Beləliklə, matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. "Zirə" ilk dövrədə "Kəpəz"ə 5:0, 2-ci dövrədə isə 2:0 hesabı ilə qalib gəlib.
Günün son matçında isə "Neftçi" öz meydanında "Turan Tovuz"la üz-üzə gəlib. Matç Tovuz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu komandaların ilk dövrədəki oyununda "Turan Tovuz" 1:0 hesablı qələbə qazanıb. İkinci dövrənin matçında isə qolsuz heç-heçə qeydə alınıb.
9 mart
Misli Premyer Liqası
23-cü tur
20:30.“Neftçi” – “Turan Tovuz” - 0:1
Qol: Joarlem Santos, 56
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə
VAR: Elçin Məsiyev
AVAR: Müslüm Əliyev
“Palms Sports Arena”
18:30.“Zirə” – “Kəpəz” - 2:2
Qollar: Eren Aydın, 5 (1:0), Rauf Hüseynli, 32 (1:1), Dioqo Verdaska, 51 (1:2), Ruan Renatov, 90+7 (2:2)
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Alik Yunusov
VAR: Elvin Bayramov
AVAR: Cavid Cəlilov
Zirə İdman Kompleksinin stadionu