Ötən gün "Mançester Siti" və "Çelsi" Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarında məğlubiyyətlə üzləşiblər.
Sportliqa.az xəbər verir ki, bu, UEFA Çempionlar Liqası tarixində iki ingilis klubunun eyni gündə üç və ya daha çox qol fərqi ilə uduzduğu ilk haldır.
1/8 final mərhələsinin ilk oyununda PSJ "Çelsi"ni 5:2 hesabı ilə məğlub edib. "Mançester Siti" isə səfərdə "Real"a 3:0 hesabı ilə məğlub olub.
Qeyd edək ki, bu komandaların 1/8 final mərhələsindəki cavab oyunları martın 17-də keçiriləcək
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az