Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.
Sportliqa.az xəbər verir ki, bu gün yarışda yunan-Roma güləşi start götürəcək.
Azərbaycan millisinin heyətində 5 pəhləvan xalça üzərtinə çıxacaq. Onlardan Fərid Sadıqlı (55 kiloqram), İlkin Qurbanov (63 kiloqram), Rəvan Nuriyev (77 kiloqram) və Ayxan Mərdanov (130 kiloqram) mübarizəyə təsnifat mərhələsindən başlayacaq.
Səid Axundzadə (87 kiloqram) yarışa 1/8 final mərhələsindən qoşulacaq.
Bu gün, həmçinin qadın güləşçimiz Ruzanna Məmmədova (62 kiloqram) rusiyalı Amina Tandelova ilə final görüşünü keçirəcək.
Qeyd edək ki, Azərbaycan turnirdə indiyədək 2-si qızıl, 5-i gümüş və 3-ü bürünc olmaqla ümumilikdə 10 medal qazanıb.
Qitə çempionatı martın 15-də yekunlaşacaq.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az