Azərbaycan Yüksək Liqasında növbəti oyunların tarixi açıqlandı
Kişi və qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyunların tarixi açıqlanıb.
Azərbaycan Voleybol Federasiyasından (AVF) Sportliqa.az-a verilən məlumata görə, kişilərin yarışında 18-ci turun matçları 17-18 martda baş tutacaq.
Qadınların Yüksək Liqasında isə müntəzəm mövsümün sonuncu – 18-ci turu 17, 18 və 19 martı əhatə edəcək.
Kişilərin Yüksək Liqasında 20 turun yekununda ilk 4 yeri tutacaq komandalar növbəti mərhələyə yüksələcəklər. Qadınların yarışında isə 8 komanda pley-off mərhələsinə vəsiqə qazanacaq.
Pley-off mərhələsində 1/4 final və yarımfinallar evdə və səfərdə olmaqla iki qarşılaşmadan ibarət olacaq. İki oyundan sonra komandaların qələbələri bərabər olarsa, qalibi müəyyən etmək üçün “qızıl” set oynanılacaq. Bürünc və qızıl medal uğrunda isə bir görüş olacaq.
17 mart
Yüksək Liqa (kişilər) | XVIII tur
16:00. “Neftçi” – “Gənclər”
18:00. “Ordu” – “Murov Az Terminal”
Fövqəladə Hallar Nazirliyinin (FHN) idman zalı
17 mart
Yüksək Liqa (qadınlar) | XVIII tur
17:00. “Turan” – “Murov Az Terminal”
Tovuz Olimpiya İdman Kompleksi
18 mart
Yüksək Liqa (kişilər) | XVIII tur
17:00. “Azərreyl” – “Xilasedici”
FHN-nin idman zalı
18 mart
Yüksək Liqa (qadınlar) | XVIII tur (son tur)
16:00. “Gənclər” – “Azərreyl”
18:00. “DH Volley” – “Milli Aviasiya Akademiyası”
AVF-nin idman zalı
19 mart
Yüksək Liqa (qadınlar) | XVIII tur (son tur)
14:00. “Gəncə” – “Abşeron”
Gəncə İdman Sarayı