Türkiyə Super Liqasında 8-ci turun oyunları keçirilir.
Sportliqa.az xəbər verir ki, bu gün Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Demirspor" doğma meydanda "Trabzonspor"u qəbul edib. Qarşılaşma Adana təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Şahruddin bu görüşün iştirakçısı olmayıb. 29 yaşlı qolkiper matçı ehtiyat oyunçular skamyasından izləyib.
Xallarını 17-yə yüksəldən "Adana Demirspor" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az