"Araz-Naxçıvan" "Şamaxı"ya qalib gəldi
- YENİLƏNİB
Bu gün Misli Premyer Liqasında 25-ci tura start verilib.
Sportliqa.az xəbər verir ki, turun açılış günündə 1 oyun keçirilib.
"Şamaxı" öz meydanında "Araz-Naxçıvan"la qarşılaşıb. Oyun "Araz-Naxçıvan"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu komandalar ilk dövrədəki matçında 1:1 hesabı qeydə alınmışdı. İkinci dövrədəki oyunda isə "Araz-Naxçıvan" 2:0 hesablı qələbə qazanıb.
18 mart (çərşənbə)
Misli Premyer Liqası, 25-ci tur
15:00.“Şamaxı” – “Araz-Naxçıvan” - 0:1
Qol: Vladislav Veremeyev, 57-avtoqol
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, İslam Məmmədov
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
Şamaxı şəhər stadionu