"Neftçi"dən darmadağın, "Qarabağ"dan şok məğlubiyyət
- YENİLƏNİB
Misli Premyer Liqasında 25-ci tur davam edir.
Sportliqa.az xəbər verir ki,3-cü oyun günündə 2 matç keçirilib.
Əvvəlcə "Kəpəz" "Qarabağ"ı qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0. Bu komandalar arasında 1-ci dövrədəki oyunda "Qarabağ", 2-ci dövrədəki matçında isə "Kəpəz" qələbə qazanmışdı.
Bu məğlbuiyyət "Qarabağ" üçün çempionluq mübarizəsində ağır zərbə olub. Ağdam təmsilçisinin hazırda lider "Sabah"la arasında 10 xal fərq yaranıb. Ancaq "Qarabağ"ın ehtiyatda bir oyunu da qalır.
Digər oyunda isə "Neftçi" evdə "İmişli" ilə üz-üzə gəlib. Matçda "Neftçi" 6 cavabsız qolla qalib gəlib. Sözügedən komadaların 1-ci dövrədəki dueli heç-heçə ilə, 2-ci dövrədəki qarşılaşması isə "İmişli"nin qələbəsi ilə yekunlaşıb.
20 mart (cümə)
15:00. “Kəpəz” – “Qarabağ” - 1:0
Qol: Fərid Nəbiyev, 45
Yevlax şəhər stadionu
19:15. “Neftçi” - “İmişli" - 6:0
Qollar: Breno Almeyda, 12, İmad Faraj, 15, 50, Emil Səfərov, 19, 60, Emin Mahmudov, 54
“Palms Sports Arena”
21 mart (şənbə)
16:00. “Turan Tovuz” – “Qəbələ”