"Liverpul" klubu növbəti dəfə uğursuzluğa düçar olub.
Səfərdə "Brayton"a 1:2 hesabı ilə uduzan Arne Slotun komandası cari mövsümdə antirekorda imza atıb.
Sportliqa.az xəbər verir ki, bu məğlubiyyətlə "mersisaydlılar"ın cari çempionatda uduzduqları oyunların sayı 10-a çatıb. Geridə qalan 31 turda Slotun kollektivi 14 qələbə qazanıb, 7 dəfə heç-heçə edib və 10 dəfə meydanı məğlub tərk edib.
Qeyd edək ki, "Liverpul" sonuncu dəfə bir mövsüm ərzində 10 məğlubiyyət həddinə düz 10 il əvvəl, 2015/2016 mövsümündə çatıb. Xatırladaq ki, həmin mövsümün gedişində, 2015-ci ilin oktyabrında Yurgen Klopp komandanı çalışdırmağa başlamışdı.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az