“Sərhədçi” komandası Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu – 20-ci turunda “Sumqayıt”ı məğlub edib .
Sportliqa.az xəbər verir ki, B qrupunda yer alan komandaların dueli “Sərhədçi” İdman Mərkəzində keçirilib.
Görüş meydan sahiblərinin 93:89 hesablı qələbəsi ilə yekunlaşıb.
B qrupunun digər iki matçında “Ordu” komandası “Lənkəran”a qalib gəlib – 107:65. “Quba” komandası isə Quba Olimpiya Kompleksində “Naxçıvan”a 96:103 hesabı ilə məğlub olub.
Xal durumu: “Ordu” – 38, “Naxçıvan” – 36, “Sərhədçi” – 28, “Sumqayıt”, ‘Quba” – 27, “Lənkəran” – 24.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az