AFFA "Kəpəz"i 6500 manat cərimələdi
01 Aprel 2026 14:36
AFFA İntizam Komitəsi "Kəpəz"i cərimələyib.
Sportrliqa.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Buna Misli Premyer Liqasının XXV turunda "Qarabağ"la oyundan sonra meydana kənar şəxslərin daxil olması səbəb olub.
Bu hal cari mövsümdə üçüncü dəfə təkrarlandığı üçün Gəncə təmsilçisi 6 500 manat ziyana düşüb.
Xatırladaq ki, "Kəpəz" "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edib