"Bayern"in hücumçusu Harri Keyn zədə səbəbindən İngiltərə millisinin oyunlarını buraxıb.
Sportliqa.az xəbər verir ki, onun vəziyyəti Münhen klubunda narahatlıq yaradıb. Yaponiya ilə görüşdə də iştirak etməyən forvardın tibbi müayinədən keçəcəyi bildirilir.
Çempionlar Liqasında "Real"la matça az vaxt qalmış Keynin mümkün yoxluğu komanda üçün ciddi itki hesab olunur.
Qeyd edək ki, ingiltərəli futbolçu bu mövsüm 40 matçda 48 qol ilə yadda qalıb.