Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün ən yaxşıları məlum olub
02 Aprel 2026 14:00
Azərbaycan Basketbol Liqasında 20 turun nəticələrinə əsasən, müntəzəm mövsümün ən dəyərli oyunçuları (MVP) müəyyənləşib.
Sportliqa.az Azərbaycan Basketbol Federasiyasına istinadən xəbər verir ki, A və B qrupları üzrə ən yaxşılar açıqlanıb.
A qrupunda “Sabah” klubunun üzvü Hassani Qravet mövsümün MVP-si seçilib.
B qrupunda isə bu ada “Ordu”nun basketbolçusu Cermeyn Hed layiq görülüb.