"Neftçi" və "Qəbələ" səfərdə sevindi
– YENİLƏNİB
Bu gün Misli Premyer Liqasında 26-cı tura start verilib.
Sportliqa.az xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan 2 oyun başa çatıb.
Əvvəlcə “Kəpəz” Yevlaxda “Qəbələ”ni sınağa çəkib. Matç Qəbələ təmsilçisinin qələbəsi ilə başa çatıb. Hazırda Gəncə klubu 21 xalla 10-cu, Qəbələ təmsilçisi isə 19 xalla 11-ci pillədə qərarlaşıb.
Cari mövsüm bu komandalar arasındakı oyunlarda tərəflər hərəyə bir qələbə qazanıblar. İlk dövrədə “Kəpəz” 1:0 hesablı, ikinci dövrədə isə “Qəbələ” 3:1 hesablı qələbə qazanıb.
Günün ikinci görüşündə isə “Sumqayıt” öz meydanında “Neftçi”ni qəbul edib. Qarşılaşma "ağ-qaralar"ın qələbəsi ilə yekunlaşıb. Hazırda paytaxt klubu turnir cədvəlində 40 xalla beşinci, “gənclik şəhəri”nin təmsilçisi isə 32 xalla yeddinci yeri tutur.
Komandalar arasında Sumqayıtda ilk dövrədə baş tutan matçda “Neftçi” qələbə qazanıb - 2:0. İkinci dövrədə paytaxtda keçirilən oyunda isə qalib aşkarlanmayıb - 2:2.
5 aprel (bazar)
18:00. “Sumqayıt” - “Neftçi” - 1:3
Qollar: Freddi Varqas, 36-pen (0:1); Nikola Ninkoviç, 53 (1:1), İfeanyi Metyu, 65 (1:2), Vensan Abubakar, 89 (1:3)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
15:30. “Kəpəz” - “Qəbələ” - 0:2
Qollar: İsmael Akinade, 74, Domi Massumo, 90
Yevlax şəhər stadionu