“Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubirin müsahibəsi
- Azərbaycan Premyer Liqasının 26-cı turunda “Karvan-Yevlax” üzərində 7:0-lı qələbə qazandınız. Oyun barədə nə deyə bilərsiniz?
- Qələbə qazandığımız üçün sevincliyik. Başlanğıcdan oyunun sonuna qədər yaxşı çıxış etdik. Matça nəzarəti əlimizdə saxlamağı bacardıq. Çünki görüşə ciddi hazırlaşmışdıq. İşimizi layiqincə gördük. Hazırda yalnız qarşıdakı matçlara fokuslanmalıyıq.
- Yəqin ki, oyundan öncə belə bir hesab gözləmirdiniz...
- Heç vaxt hesab barədə düşünmürük. Bütün matçlar komandamız üçün çətin keçir. Amma 7 qol vurmaq bizi xüsusilə sevindirir. Ümidvarıq ki, son tura qədər bütün matçları qələbə ilə başa vuracağıq.
- Vurduğunuz qol ustalıq səviyyəsinə görə digər 6 topdan fərqlənirdi. Həmin epizodu necə şərh edərdiniz?
- Montiel məni gördü və topu çox yaxşı ötürdü. Mən isə öz üzərimə düşəni yerinə yetirərək bu ötürməni layiqincə dəyərləndirdim. Yekunda fərqlənməyi bacardım. Razıyam, baxımlı qol alındı. Buna görə sevincliyəm.
- Bəziləri düşünür ki, "Qarabağ" artıq çempionluq yarışından qopub, xal fərqini aradan qaldırmaq mümkün olmayacaq. Belə düşününlərə nə demək istərdiniz?
- Biz heç vaxt ruhdan düşmürük. Hazırda 7 xal fərq var, düzdür. Amma bu barədə çox da düşünmürük. Yalnız oyunlara fokuslanıb bacardığımızın ən yaxşısını etməyə çalışırıq. Çempionatın sonunda xalları birlikdə görəcəyik.
- Növbəti matç "Şamaxı"ya qarşı olacaq. Bu komanda ilə son səfər matçınız çətin alınmışdı. Budəfəki qarşılaşmadan gözləntiləriniz?
- Əlbəttə, Şamaxıda oynamaq çox çətindir. Rəqib yaxşı komandadır. Bizdən gözləntiləri başa düşürük. Bu həftə ərzində həmin matça yaxşı hazırlaşmalıyıq. "Şamaxı" ilə qarşılaşmada da qələbə qazanmaq istəyirik. (Futbolxeber.az)
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az