Sportliqa.az xəbər verir ki, ikinci oyun gününə nəzərdə tutulan 3 matç başa çatıb.
Günün ilk matçında “Qarabağ” səfərdə “Şamaxı”nın qonağı olub. Matç qolsuz bərabərliklə yekunlaşıb. Cari mövsüm bu komandaların çempionatdakı əvvəlki iki oyunundan birində Ağdam klubu qələbə qazanıb - 2:1. İkinci görüşdə isə qalib aşkarlanmayıb - 0:0.
Digər oyunda “Zirə” səfərdə “Sabah”la üz-üzə gəlib. Qarşılaşma məhsuldar heç-heçə ilə başa çatıb. Cari mövsüm bu komandaların matçlarında üstün tərəf Masazır təmsilçisidir - 3:0 və 3:1.
Günün son görüşündə isə “Neftçi” “Araz-Naxçıvan”ı sınağa çəkib. Matç "ağ-qaralar"ın qələbəsi ilə yekunlaşıb. Bu komandalar arasında mövsümün ilk oyununda qalib aşkarlanmasa da (2:2), ikinci görüşdə “Neftçi” böyük hesablı qələbə qazanıb - 4:0.