"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
- YENİLƏNİB
Bu gün Misli Premyer Liqasında 27-ci tura yekun vurulub.
Sportliqa.az xəbər verir ki, son oyun gününə nəzərdə tutulan 2 matç başa çatıb.
Əvvəlcə autsayderlərdən olan "Qəbələ" öz meydanında "İmişli" ilə qarşılaşıb. Matç qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Günün və turun son matçında isə "Turan Tovuz" doğma meydanda "Sumqayıt"ı qəbul edib. Matç Tovuz təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu mövsüm meydançada yaranan problemlər səbəbindən "Turan Tovuz" ev oyunlarını Bakıdakı "Azərsun Arena"da və Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirirdi.
12 aprel (bazar)
Misli Premyer Liqası
27-ci tur
18:00. “Turan Tovuz” - “Sumqayıt” - 2:1
Qol: Filip Ozobiç, 8 (1:0), Joarlem Santos, 50 (2:0), Rayan Senhadji, 63 (2:1)
Tovuz şəhər stadionu
15:30. “Qəbələ” - “İmişli” - 0:1
Qol: Dioqo Rollo, 45
Qəbələ şəhər stadionu
10 aprel (cümə)
“Karvan-Yevlax” - “Kəpəz” - 4:1
11 aprel (şənbə)
“Neftçi” - “Araz-Naxçıvan” - 2:1
“Sabah” - “Zirə” - 2:2
“Şamaxı” - “Qarabağ” - 0:0