FIFA prezidentindən İranla bağlı açıqlama
FIFA prezidenti Canni Infantino İran milli komandasının DÇ-2026-nın final mərhələsində mümkün iştirakı ilə bağlı fikirlərini bölüşüb.
Sportliqa.az xəbər verir ki, ali futbol qurumunun rəhbəri komandanın istənilən xarici şəraitdən asılı olmayaraq turnirdə çıxış etməli olduğunu vurğulayıb:
"İran millisi dünya çempionatına gələcək, buna heç bir şübhə yoxdur. Əlbəttə, ümid edirik ki, həmin vaxta qədər vəziyyət sülh şəraitində olacaq. Bu, sözsüz ki, kömək edər. İran əlbəttə ki, mundialda iştirak etməli və öz xalqını təmsil etməlidirlər. Komanda seçmə mərhələni keçib və futbolçular oynamaq istəyir. Onları iki həftə əvvəl görmüşəm".
İnfantino həmçinin komandanın səviyyəsini yüksək qiymətləndirib və idmanın dünyadakı rolu ilə bağlı prinsipial mövqeyini qeyd edib:
"Əslində, onların kifayət qədər yaxşı komandası var. Onlar sadəcə gəlməlidirlər. İdman siyasətdən kənar olmalıdır".
Qeyd edək ki, dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək və 11 iyun - 19 iyul tarixlərini əhatə edəcək.