Kişi voleybolçular arasında Yüksək Liqada Azərbaycan çempionu müəyyənləşib.
Sportliqa.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan final qarşılaşmasında "Xilasedici" və "Ordu" komandaları üz-üzə gəliblər.
Görüş birincilərin qələbəsi ilə yekunlaşıb - 3:1 (24:26, 25:16, 27:25, 25:21).
Çempion komandaya kubok və medallar, həmçinin 2-ci və 3-cü yeri tutmuş komandalara medallar təqdim olunub.
Xatırladaq ki, bürünc medalları "Murov Az Terminal"a 3:0 hesabı ilə qalib gələn "Neftçi" qazanıb.
Yekunda çempionatın ən yaxşı voleybolçularının adları və mövsümün rəmzi heyəti açıqlanıb:
“Ən dəyərli oyunçu” (MVP) – Reyes Rodriges (“Xilasedici”)
“Ən gənc və perspektivli oyunçu” – Fərhat Cenkel (“Murov Az Terminal”)
Rəmzi komanda:
“Ən yaxşı toppaylayıcı” – Roman Qurskiy (“Xilasedici”)
“Ən yaxşı hücumçu” – Aleksandr Popleteev (“Xilasedici”)
“Ən yaxşı hücumçu” – Willian Rabel (“ORDU”)
“Ən yaxşı libero” – Kənan Allahverdiyev (“ORDU”)
“Ən yaxşı orta oyunçu”– Gustavo Almora (“Xilasedici”)
“Ən yaxşı orta oyunçu”– Carabali Aleksadr (“Neftçi”)
“Ən yaxşı diaqonal oyunçu” - Romero Jose (“Neftçi”)
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az