Braziliyanın Fos-du-İquasu şəhərində boks üzrə dünya kuboku start götürüb.
Sportliqa.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Nəbi İsgəndərov reytinq xarakterli yarışa qələbə ilə başlayıb.
70 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz ilk döyüşündə türkiyəli Necat Ekinçi ilə qarşılaşıb. Gərgin keçən qarşılaşmada boksçumuz rəqibini 3:2 (30:27, 28:29, 30:27, 28:29, 29:28) hesabı ilə məğlub edib.
İsgəndərov 1/8 finalda tacikistanlı Murodjon Aşuraliyevlə üz-üzə gələcək. Bu görüş aprelin 22-də baş tutacaq.
Dünya kuboku aprelin 26-da yekunlaşacaq.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az