Azərbaycan güləşçiləri Avropa çempionatının finalında
Azərbaycanın yunan-Roma güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatının finalına yüksəliblər.
Sportliqa.az xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov ilk görüşdə Yan Oxlenə (İsveç) 5:1, 1/4 finalda Bolqarıstan güləşçisi Abu Amayevə 7:0 hesabı ilə qalib gəlib. O, yarımfinalda gürcüstanlı Dieqo Çxikvadzeni məğlub edərək (4:2) finala yüksəlib. Finalda onun rəqibi Murat Fırat (Türkiyə) olacaq.
Digər güləşçimiz Qurban Qurbanov (82 kq.) ilk görüşdə Svetoslav Nikolovu (Bolqarıstan) 7:3 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. Bu mərhələdə o, Mixail Bradunu (Moldova) 5:4 hesabı ilə üstələyib. Yarımfinalda Qurban Gela Bolkvadzeni (Gürcüstan) 2:1 hesabı ilə məğlub edərək finala çıxıb. O, həlledici görüşdə Umümdünya Güləş Federasiyasının bayrağı altında yarışan rusiyalı Adlet Tülübayev ilə üz-üzə gələcək.
Nihat Məmmədli (60 kq) Nihat startda azad olub, 1/4 finalda isə Vladislav Kuzkonu (Ukrayna) 5:0 hesabı ilə məğlub edib. Yarımfinalda Nihat Suren Ağacanyanaya (Ermənistan) 1:8 hesabı ilə uduzub və bununla da sabah bürünc medal uğrunda mübarizə aparacaq.
Mükafatlar uğrunda yarış sabah olacaq.