Rza Kayaalpdan tarixi rekord
Albaniyanın paytaxtı Tirana şəhərində güləş üzrə Avropa çempionatı keçirilir.
Sportliqa.az xəbər verir ki, Türkiyə təmsilçisi Rza Kayaalp (130 kq) turnirdə qızıl medal qazanmağı bacarıb. Yunan-Roma güləşçisi finalda macarıstanlı Darius Attila Viteki məğlub edib. Bununla da Rza karyerasında 13-cü dəfə Avropa çempionu olub.
Beləliklə, Kayaalp tarixi nəticəyə imza atıb. O, əfsanəvi rusiyalı güləşçi Aleksandr Karelinə məxsus olan rekordu qıraraq, Avropa çempionatları tarixində ən çox qızıl medal qazanan tək idmançı olub.
Xatırladaq ki, Rza karyerası ərzində Avropa çempionatlarında 15 dəfə finala çıxıb, 13 qızıl medalla yanaşı, 2 gümüş medal da qazanıb.