"Everton"un müdafiəçisi Cerrad Brentueyt sıradan çıxıb.
Sportliqa.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
23 yaşlı futbolçu İngiltərə Premyer Liqasının 33-cü turunda "Liverpul"a qarşı keçirilən Mersisayd derbisində (1:2) sağ dizaltı vətərindən zədə alıb. Görüşün 87-ci dəqiqəsində meydanı xərəkdə tərk edən oyunçu daha sonra "Hill Dikinson" stadionundan qoltuq ağacları ilə ayrılıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az