Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinə start verilib.
Sportliqa.az xəbər verir ki, ilk oyun günündə “Gəncə” ilə qarşılaşan “Sabah” qələbə qazanıb.
Bakı İdman Sarayında baş tutan matç “bayquşlar”ın 96:67 hesablı üstünlüyü ilə bitib.
Yarımfinal mərhələsinin digər görüşündə sabah “Abşeron Lions” və “Neftçi” komandaları münasibətləri aydınlaşdıracaqlar. İki qələbəyə çatan tərəf finala yüksələcək.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az