Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı davam edir.
Sportliqa.az xəbər verir ki, bu gün Azərbaycanın daha 3 qadın güləşçisi mübarizəyə qoşulub.
Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (62 kq), və Birgül Soltanova (65 kq) xalça üzərinə çıxıb.
Onlardan Əliyeva və Soltanova yarımfinala vəsiqə əldə edib, Məmmədova 1/4 finalda məğlub olub.
Yarımfinal görüşləri saat 18:30-dan etibarən İTV-də canlı yayımlanır.
Xatırladaq ki, Azərbaycan komandası əvvəlki günlərdə 5 medal qazanıb - Yunan-Roma güləşçilərindən Həsrət Cəfərovla (67 kq) Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) bürünc mükafat əldə ediblər.