2-ci Liqada 24-cü turun hakim təyinatları açıqlanıb.
Sportliqa.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.
Misli Premyer Liqasının 28-ci turunda "Zirə" - "Neftçi" matçında verdiyi səhv qərarla yadda qalan İnqilab Məmmədov da 2-ci liqa matçına təyinat alıb. O, "Xankəndi" - "Qaradağ Lökbatan" oyununun baş hakimi olacaq.
Göründüyü kimi, Premyer Liqa matçlarını idarə edən referi bu dəfə aşağı liqa oyununa göndərilib. O, "Zirə" - "Neftçi" matçının son dəqiqələrində meydan sahiblərinin ofsayddan vurduğu qolu qeydə almışdı.
26 aprel (bazar)
“Ağstafa Gəncləri” – “Kür-Araz”
Hakimlər: Nahid Xasıyev, Tural Bayramov, Rizvan Süleymanov, Samir Hüseynov
Ağstafa şəhər stadionu, 16:30